Sadettin Saran "Fənərbağça"ya vida etdiyini açıqlayıb.
News365.az xəbər verir ki, Saran verdiyi açıqlamada bildirib ki, kluba xidmət yalnız vəzifədə qalmaqla deyil, lazım gəldikdə geri çəkilməyi bacarmaqla da mümkündür.
"Bu emblem heç birimizin ambisiyasını deyil, hamımızın məsuliyyətini daşıyır" deyə o vurğulayıb.
O, daxili müzakirələrin kluba zərər verdiyini qeyd edərək, birlik və həmrəyliyin vacibliyini önə çəkib: "Fənərbağça ətrafında birləşə bilmək iradəsi bizi güclü edir".
Sadettin Saran vəzifəsini təhvil versə də, klubun yanında olmağa davam edəcəyini bildirib və sözlərini "Fənərbağçamız var olsun. Yaşa Fənərbağça" ifadələri ilə tamamlayıb.
Qeyd edək ki, Saran eyni zamanda 6-7 iyun tarixlərində növbədənkənar seçkili ümumi yığıncağın keçiriləcəyini də açıqlayıb.