Ötən gün "Real Madrid" 3 itki ilə üzləşib.
News365.az xəbər verir ki, Rodriqo zədə səbəbindən "Jirona"ya qarşı matçı buraxıb. Futbolçu bu gün komanda ilə məşqlərə qoşulub və "Atalanta"ya qarşı oyuna qədər formada olacaq.
Cud Bellinqem isə dünənki matçda sıradan çıxmışdı.
Bundan əlavə, Ferlan Mendi də zədələnib və 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.