Əhaliyə ŞAD XƏBƏR: Gürcüstana quru yolu ilə gedə biləcəyik - Bu tarixdən...

Əhaliyə ŞAD XƏBƏR: Gürcüstana quru yolu ilə gedə biləcəyik - Bu tarixdən...
15:21

Azərbaycan və Gürcüstan arasında dəmir yolu xəttinin bərpası və açılması məsələsi yenidən gündəmə gəlib.

Məsələnin 2025-ci ilin sonuna qədər reallaşması ehtimalı ilə bağlı danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, iki ölkə arasında strateji münasibətlər bu istiqamətdə müsbət irəliləyiş üçün əsas yaradır.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… | KONKRET

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın ən yaxın tərəfdaş ölkələrindən biridir:

“Gürcüstan Azərbaycanın yerləşdiyi regionda ona ən yaxın ölkələrdən hesab olunur. Yüz minlərlə soydaşımız orada yaşayır. Hər iki tərəf bu münasibətlərin davamlı olmasında maraqlıdır. Bəzən müəyyən xoşagəlməz hadisələr baş versə də, ümumi münasibətlərin istiqaməti müsbətdir.”

Ekspert qeyd edib ki, dəmir yolunun açılması artıq “an məsələsi”dir:

“Hesab edirəm ki, bu layihənin 2025-ci ilin sonuna qədər tamamlanması mümkündür, amma daha real tarix gələn ilin ilk rübüdür. Zəngəzur dəhlizi məsələsi də demək olar ki, reallaşmaq üzrədir. Azərbaycan və Gürcüstan bu istiqamətdə 3+3 formatında yaxın mövqedədirlər. Sadəcə məsələni rəsmiləşdirmək qalır.”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə bildirib ki, iki ölkə arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı ilkin plan 2025-ci ilin mayın 1-nə nəzərdə tutulsa da, texniki və təşkilati səbəblər prosesin ləngiməsinə gətirib çıxarıb:

Parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib -EKSPERT

“Azərbaycan və Gürcüstan arasında yol hərəkətinin iştirakçılarına dair razılaşmanın əsas bəndlərindən biri də qatarların hərəkətinin bərpası idi. Lakin müəyyən səbəblərdən bu, reallaşmadı. Hazırda yaxın vaxtlarda qatarların reysə buraxılması planlaşdırılmır. Bu, yalnız Nəqliyyatın Əlaqələndirmə Şurasının qərarı ilə mümkün ola bilər.”

Beləliklə, ekspertlərin fikrincə, Azərbaycan–Gürcüstan dəmir yolu xəttinin tam fəaliyyətə başlaması 2025-ci ilin sonuna qədər mümkündür, lakin real ehtimal onun 2026-cı ilin əvvəllərində baş tutacağı yönündədir.



Sizin reklam burada
Sizin reklam burada