Bakıda 9 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 9 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
18:20

Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakıda Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bu barədə  News365.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.


Sizin reklam burada
Sizin reklam burada