Maltepədə bir kargo şirkətinin 70 yaşlı işçisi Nevzat Caner şirkətə məxsus göndəriş avtomobilində ölü vəziyyətdə tapılıb. Hadisə Girnə qəsəbəsi, Doğuşkent küçəsindəki parklı avtomobildə baş verib.
News365.az xəbər verir ki, ətrafdakılar hərəkətsiz vəziyyətdə yatan şəxsi görərək dərhal polisə məlumat verib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Caner’in həyatını itirdiyini təsdiqləyib. Polis araşdırması nəticəsində ölü şəxsin kargo şirkətinin işçisi olduğu müəyyən edilib və ətrafda təhlükəsizlik tədbirləri görülüb.
Prokurorluq və polis əməkdaşlarının apardığı ilkin araşdırmadan sonra Caner’in cənazəsi ölüm səbəbinin müəyyən edilməsi üçün Adli Tibb Mərkəzinə aparılıb.
Olayı görən Azmi Kahraman bildirib ki, Caner ailəsindən ayrı yaşayırmış, avtomobildə battaniyə olub və onun bir qızı var. O, yaxınlarına başsağlığı diləyib.
News365.az