Putin Ukrayna TX-nin sabiq rəisini Rusiya Qəhrəmanı edib

Putin Ukrayna TX-nin sabiq rəisini Rusiya Qəhrəmanı edib
21:00

Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi verdiyi qanlı diktator Putin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Leonid Derkaçın oğlu Andrey Derkaçı Rusiya Qəhrəmanı ulduzu ilə təltif edib. Rusiya Federal Təhlükəsizlik Akademiyasının müdavimi olan Andrey Derkaç Ukrayna Prezidentinin Nəzarət Xidmətində işləyib və baş nazirin köməkçisi vəzifəsinə qədər yüksəlib. 1998-2022-cü illərdə Ali Radanın deputatı olan Andrey Derkaç Moskvanın 24 fevral 2022-ci ildə başlatdığı işğalçılıq müharibəsinin məqsədinə çatmadığını gördükdən sonra Rusiyaya qaçıb. Andrey Derkaç Ukrayna torpaqlarının işğalını və Moskvanın planına uyğun hakimiyyət dəyişikliyini hazırlayan şəbəkənin rəhbəri olub.

News365.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, keçmiş baş nazir Nikolay Azarov kimi ən yüksək vəzifəli şəxslər də daxil olmaqla, yüzlərlə nazir, deputat və dövlət məmuru Rusiyanın “adamı” olsa da, Putinin Kiyevdəki birinci adamı öncə Leonid Derkaç, daha sonra onun oğlu Andrey Derkaç idi:

“2022-ci ildə Rusiyaya qaçan Andrey Derkaçın dərhal senator seçilməsi və indi Rusiya Qəhrəmanı ulduzu ilə təltif edilməsi bu ailənin Rusiyaya nə qədər bağlı olduğunu göstərir.

Putinin Andrey Derkaçı Rusiya Qəhrəmanı ulduzu ilə təltif erməsi Derkaç ailəsinin Ukraynaya xəyanətini, Rusiyaya xidmətini Kremlin unutmadığının ifadəsi olmaqla yanaşı, çox geniş bir çoğrafiyada Rusiyanın maraqlarına xidmət edənlərə verilən mesajdır. Tarixdə ilk dəfədir ki, Mərkəzi Asiyadan Şimali Amerikaya qədər çox geniş bir çoğrafiyada Rusiyanın adamlarının və casus şəbəkəsinin ifşa edilməsi prosesi gedir. Putin Andrey Derkaçı mükafatlandırmaqla ifşa olunan adamlarına və casuslarına “sizi unutmamışam” mesajını verir. Sadəcə olaraq hələlik onların hamısını qorumaq üçün, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov sözləri ilə desək, “resurs” yoxdur. Çünki bütün resurslar Ukraynaya qarşı cinayətkar müharibəyə yönəldilib.

Rusiya hər hansısa vasitə ilə mövcudluğunu, Putin hakimiyyətini qoruya bilsə, Moskva ifşa olunan adamlarının və casuslarının intiqamını ən sərt şəkildə almağa çalşacaq”.


Sizin reklam burada
Sizin reklam burada