Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib
20:00

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8-10 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

Bildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İkitərəfli gündəlikdəki cari məsələlərə və onların həyata keçirilməsi planlarına xüsusi diqqət yetirilib. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr də daxil olmaqla, 2026-cı il üçün təmaslar cədvəli nəzərdən keçirilib.

"İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəliklərini bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb.

Bir sıra regional məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Rusiyanın 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə edilmiş bir sıra üçtərəfli razılaşmalar əsasında bu prosesi asanlaşdırması ətraflı müzakirə edilib.

Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi təsdiqlənib.

Cənubi Qafqazın problemlərinin region ölkələri və onların yaxın qonşuları tərəfindən həll edilməsini təmin etmək kontekstində 3+3 Regional Əməkdaşlıq Platformasının (Rusiya-İran-Türkiyə + Azərbaycan-Ermənistan-Gürcüstan) ritmik fəaliyyətinin qorunmasında qarşılıqlı maraq ifadə edilib.

MDB və Avrasiya qitəsində fəaliyyət göstərən digər təşkilatlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq mövzular müzakirə edilib. Danışıqlar Rusiya-Azərbaycan münasibətləri üçün ənənəvi olan dostluq və etimad atmosferində keçib", - Rusiya XİN-nin məlumatında qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada