İnsultun ilk siqnalları: Bu simptomlara diqqət edin

İnsultun ilk siqnalları: Bu simptomlara diqqət edin
15:59

Son dövrlərdə insult halları daha geniş yayılmaqdadır və həkimlər xəbərdarlıq edirlər ki, xəstəliyin ilkin simptomlarına diqqət yetirməmək ciddi fəsadlara səbəb ola bilər.

Həkim Qalib Əsədov bildirib ki, insult beyin qan dövranının qəflətən pozulması ilə xarakterizə olunur və tərcümədə “zərbə” mənasını verir. Lakin insultdan əvvəl beyin qan dövranında xroniki pozulmalar baş verə bilər ki, bu da müəyyən ilkin siqnallarla özünü göstərir.

Əsədovun sözlərinə görə, insultun ilkin əlamətləri aşağıdakılardır:

  • Yuxu pozğunluqları, qorxulu yuxular

  • Yaddaş problemləri, yaxın zamanda baş verən hadisələri tez unutma

  • Əllərdə və ayaqlarda keyimələr, əzələlərin düzgün işləməməsi

  • Əsmələr və koordinasiya problemləri

  • Baş ağrısı, tez yorulma, təngnəfəslik

Həkim xüsusilə şəkər xəstələrini bu əlamətlərə qarşı diqqətli olmağa çağırıb.

Qalib Əsədov əlavə edib ki, risk qrupuna daxil olan şəxslər gündəlik fəaliyyətlərində, xüsusilə sürətli gəzintilərdə diqqətli olmalıdırlar, çünki bu, insultun qarşısının alınmasında əhəmiyyətli rol oynayır.


Sizin reklam burada
Sizin reklam burada