Bolqarıstanın Baş naziri etimadsızlıq səsverməsi ərəfəsində istefa verib.
News365.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov hökumətinə qarşı altıncı etimadsızlıq səsverməsindən əvvəl istefa verib.
Baş nazirin qərarı son günlər ölkə üzrə keçirilən, minlərlə insanın iştirak etdiyi kütləvi etirazların ardından açıqlanıb.
Aksiyalarda hökumətin istefası tələb olunub. İndi isə parlamentin yaxın zamanda etimadsızlıq məsələsinə baxması gözlənilir.