Oğurluq edib qaçarkən radara düşdülər - VİDEO

Oğurluq edib qaçarkən radara düşdülər - VİDEO
17:47

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.

News365.az xəbər verir ki, bu barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov saxlanılıblar.

Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyənləşib.

Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada