AMEA-nın prezidenti İsa Həbibbəyli baldızı oğlunun güllələnməsi xəbərinə reaksiya verib.
News365.az konkret.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı sualı akademik çox sakit şəkildə cavablandırıb:
"Mən eşitməmişəm. İndi gəlmişəm evə, xəbərim yoxdur".
Qeyd edək ki, "Neftçilər" metrosu yaxınlığında evlərdən birində qətl hadisəsi baş verib. Həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.
Qətlə yetirilən şəxsin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik, İsa Həbibbəylinin baldızı oğlu olduğu iddia edilir.
***
Bakıda “Neftçilər” metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib.
News365.az Konkret.az-a istinadən xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.
Hadisənin təfərrüatı araşdırılır və rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.
Qətlə yetirilən şəxsin tanınmış akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin baldızı oğlu olduğu da iddia olunur. Bu məlumat da hazırda dəqiqləşdirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxsin kimliyi, motivi və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.