Ermənistan 102-ci bazanı mütləq çıxaracaq

Ermənistan 102-ci bazanı mütləq çıxaracaq
16:08

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxışı və ölkədə yerləşən 102-ci hərbi baza məsələsi son vaxtlar regionda geosiyasi diskussiyaların əsas mövzularından birinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu baza yalnız Ermənistanın təhlükəsizlik siyasəti üçün deyil, həm də Azərbaycan və Türkiyə ilə sərhəd məsələlərinin tənzimlənməsi, eləcə də regionda sülh və sabitliyin təmin olunması baxımından kritik əhəmiyyətə malikdir.

Hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxma prosesini və 102-ci hərbi baza ilə bağlı perspektivləri şərh edib.


O bildirib ki, Ermənistanın KTMT-dən çıxışı qaçılmazdır və bunun üçün müəyyən zaman və bəzi məsələlərin həlli tələb olunur. “İndiki mərhələdə Paşinyan 102-ci baza ilə bağlı kəskin bəyanat verə bilməz, lakin baza məsələsi əvvəlki illərlə müqayisədə getdikcə daha sürətlə gündəmə gəlir,” – deyə Cəfərov vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası prosesi Avrasiya İqtisadi Birliyindən çıxışı da şərtləndirir. Bunun üçün ölkədə konstitusiyaya uyğun islahatlar, insan hüquqları və azadlıqları ilə bağlı addımlar atılmalıdır.

“102-ci baza məsələsi 2027–2029-cu illərdə daha aktiv gündəmə gələcək. Bu dövrdə beynəlxalq sənədlər imzalanacaq və Ermənistan Avropayla hüquqi baza yaradacaq,” – deyə Cəfərov əlavə edib.

Ekspert həmçinin Azərbaycanın sülh müqaviləsi və Türkiyə ilə sərhədlərin açılması perspektivlərinin 102-ci baza ilə birbaşa əlaqəli olduğunu bildirib və son günlərdə baş tutmuş diplomatik görüşlərin əhəmiyyətinə diqqət çəkib.


Sizin reklam burada
Sizin reklam burada