Həbs olunan məmurun yerinə İcra Başçısı yeni şəxs təyin etdi

Həbs olunan məmurun yerinə İcra Başçısı yeni şəxs təyin etdi
16:31

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

News365.az məlumata görə, bununla bağlı icra başçısı Süleyman Mikayılov əmr imzalayıb.

Belə ki, yeni təyinat Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi (mühəndis) vəzifəsi üzrə aparılıb və əmrə əsasən, bu posta Kamran Əliyev təyinat alıb. O, hazırda şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsinin müvəqqəti icraçısı müəyyən olunub.

K.Əliyev bu vəzifədə ötən ay Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləyib. //\ iqtisadiyyat


Sizin reklam burada
Sizin reklam burada