Türkiyəli şair Fethi Akının "Adsız küçələr" kitabı- FOTO

Türkiyəli şair Fethi Akının "Adsız küçələr" kitabı- FOTO
15:30

Türkiyə- Azərbaycan arasındakı mədəni, ədəbi əlaqələrinin qurulmasında möhkəmlənməsində qələm adamlarının çox böyük zəhməti və sevgisi əsas rol oynayır.Hər iki qardaş ölkənin irəli sürdüyü ortaq layihələr,kitablar bu baxımdan daha önəmlidir.Bu yaxınlarda Türkiyəli şair Fethi Akının həm Anadolu,həm də Azərbaycan türkcəsinin yer aldığı "Kimliksiz sokaklar" ("Adsız küçələr") kitabı diqqət çəkib.

Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər yer tutur.Kitabı Azərbaycan türkcəsinə AYB SUmqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin uyğunlayıb.Redaktoru yazıçı,ssenarist,kultroloq Hafiz Ataxanlı,korrektoru isə şair,yazıçı,tərcüməçi Rəfiqə Şəmsdir.Kitabda şairin doğma şəhərimiz Sumqayıta həsr etdiyi "Sumqayıt" şeiri də yer alır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada