Qırğızıstandan Azərbaycana 3 milyon dollardan çox vəsait daxil olub

Qırğızıstandan Azərbaycana 3 milyon dollardan çox vəsait daxil olub
26 Mar 2025 10:30

Ötən il Qırğızıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib. 

News365.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 428 min ABŞ dolları və ya 11,9% azdır.  Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Qırğızıstanın payı 0,3% təşkil edib. 

2023-cü ildə Qırğızıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,6 milyon ABŞ dolları təşkil etmişdi. 

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır. 

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.


Sizin reklam burada
Sizin reklam burada