Azərbaycan Pakistanda bu sahəyə investisiya qoymaq istəyir

Azərbaycan Pakistanda bu sahəyə investisiya qoymaq istəyir
25 Mar 2025 16:00

Azərbaycan Pakistana qoymaq istədiyi 2 milyard ABŞ dolları investisiya bu ölkənin yol infrastrukturunun inkişafına yönəldiləcək.

News365.az bu barədə Pakistanın Milli Avtomobil Yolları İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitlə Pakistanın Sind əyalətinin Manqopir və Karaçi şəhərlərini birləşdirən avtomagistral tikiləcək. Həmçinin, Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Pakistandakı Sukkur-Heydərabad avtomagistralının inşasına da investisiya qoya bilər.

Bank fevralda bölgəyə araşdırma qrupu göndərib, apreldə isə qiymətləndirmə missiyası göndərməyi planlaşdırır. Bundan sonra investisiya qoyuluşunun məbləği müəyyən ediləcək.


Sizin reklam burada
Sizin reklam burada