Qızıl bahalaşmaqda DAVAM EDİR

Qızıl bahalaşmaqda DAVAM EDİR
24 Mar 2025 10:59

Əmtəə bazarlarında qızıl 5 dollara yaxın bahalaşıb.

News365.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,16% və ya 4,90 dollar artaraq 3 026,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,65% və ya 0,22 dollar artaraq 33,71 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızılın ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada