Xəbər verdiyimiz kimi erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.
"Nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə verilməsi təklifi gündəmə gəlsə də, bu mövzu da bağlanıb. Bu xəbər Ermənistan cəmiyyətində narazılıqla qarşılanıb. Revanşistlər artıq qondarma "Artsax" xəyalların bir daha reallığa çevrilməyəcəyini yavaş-yavaş etiraf edirlər.
Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan da yayılan məlumata reaksiya verib. O, özünün Facebook səhifəsində paylaşım edərək yazıb ki, keçmiş qondarma rejimin Moskvadakı "nümayəndəliyi"nin bağlanması gözlənilən idi: "Mən hələlik QHT statuslu yeni nümayəndəlik yaratmağı təklif edirəm. Bu, böyük pullar hesabına da başa gəlmir. Əminəm ki, Moskvada yaşayan soydaşlarımız məyus olmayacaqlar. Onlara sadəcə koordinator lazımdır və ola bilsin ki, bunu keçmiş nümayəndəliyin rəhbəri etsin".
Tural