Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Avropanı hərbi xərcləri artırmaq üçün sosial xərcləri azaltmağa çağırıb. Bu barədə o, Daily Mail üçün yazdığı köşədə bildirib.
Böyük Britaniyanın keçmiş baş nazirinin sözlərinə görə, amerikalılar Avropanın müdafiəsi üçün avropalıların özlərindən daha çox vergi ödəmələrindən qıcıqlanırlar. O, Avropanı hərbi xərcləri artırmağa çağırıb.
Conson yazıb: "ABŞ Ümum Daxili Məhsulun təxminən 3,5%-ni müdafiəyə, Böyük Britaniya isə təxminən 2,3%-ni xərcləyir".
Dekabr ayında NATO rəhbəri Mark Rutte bildirmişdi ki, Avropada bəzi pensiya və sosial müavinətlər silah istehsalına yönəldilməlidir ki, alyans ölkələrinin hərbi xərcləri 3%-i keçsin. Onun sözlərinə görə, Avropa ölkələri pullarının dörddə birini pensiya və sosial müavinətlərə xərcləyirlər və güclü müdafiə qurmaq üçün bu pulun yalnız bir hissəsini istifadə etməlidirlər.
Tural