Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi" BAĞLANDI

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi" BAĞLANDI
29 Mar 2025 12:00

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb. 

News365.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.  Vətən müharibəsindən sonra separatçıların Rusiya Federasiyasındakı "nümayəndəliyinin" bağlanması barədə məlumatlar yayılmışdı. Lakin həm 2021, həm də 2022-ci ildə bu məlumat təkzib edilib.   

 Bildirilir ki, "nümayəndəlik" artıq bu yaxınlarda bağlanıb.   

Qəzet qeyd edir ki, "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə verilməsi təklifi gündəmə gəlsə də, bu mövzu da bağlanıb.


Sizin reklam burada
Sizin reklam burada