Avropada Ukrayna ilə bağlı yeni plan təklif edilir

Avropada Ukrayna ilə bağlı yeni plan təklif edilir
29 Mar 2025 13:10

Avropa Ukraynaya sülhməramlılar göndərməkdən çəkinməlidir. Bunun əvəzində Brüssel Kiyevin neytrallığını təmin edə bilər. Bu barədə “Unherd” portalı məlumat yayıb.


Müəllif yazıb ki, Avropa öz yalnış güvənlik gücü axtarışından əl çəkməli və diqqəti Ukrayna üçün daha çox ehtimal olunan, əldə edilə biləcək real nəticəyə yönəltməlidir. Bu, silahlanmaya dair neytrallıqdır.


Qeyd olunub ki, silah neytrallığı Ukraynaya təhlükəsizlik və ya onun ərazisində xarici qoşunların yerləşdirilməsinə xarici təminat verməyəcək. Amma belə gediş onu müdafiəsiz də qoymayacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada