Bakıdakı binanı uçuran şirkətin rəhbəri barədə QƏRAR VERİLDİ

Bakıdakı binanı uçuran şirkətin rəhbəri barədə QƏRAR VERİLDİ
29 Mar 2025 13:35

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan şirkət rəhbəri ilə bağlı məhkəməyə təqdimat daxil olub. 

News365.az xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.  İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb.

Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.   

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

  Daha sonra rəsmi açıqlamada “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədovun da cinayət işi çərçivəsində saxlanıldığı bildirilib.


Sizin reklam burada
Sizin reklam burada