Kiyev seçim qarşısında: Ya Kremlin, ya da ABŞ-nin kolonyası olmalıdır

Kiyev seçim qarşısında: Ya Kremlin, ya da ABŞ-nin kolonyası olmalıdır
29 Mar 2025 12:06

Kiyev və Vaşinqton arasında nadir torpaq minerallarına dair razılaşma Ukraynanı seçim qarşısında qoyur. Onlar ya “Rusiyanın müstəmləkəsi” olmaq, ya da ABŞ-ın iqtisadi diktəsi altına düşməlidirlər. Bu barədə Britaniyanın “İndependent” qəzeti yazıb.


“Trampın yeni mineral sazişi Ukraynanı seçim etməyə məcbur edir: ABŞ və ya Rusiyanın müstəmləkəsi olmaq”, - nəşr yazır.


Britaniya qəzeti qeyd edib ki, ABŞ-nin Ukrayna faydalı qazıntılarını "borca" əvəzində alması təklifi müstəmləkəçi reketçilikdən başqa bir şey deyil.

Bundan əvvəl “The Wall Street Journal” (WSJ) mineral sazişi ilə bağlı Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən yazmışdı ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Vaşinqtona ölkədə əsas iqtisadi layihələr üzərində nəzarəti təmin edəcək saziş imzalamaqda israrlıdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada