Baş redaktor Xoşqədəm Hidayətqızını  hədələdi: "Bir az "dozanı az elə"

Baş redaktor Xoşqədəm Hidayətqızını  hədələdi: "Bir az "dozanı az elə"
07 Mar 2025 10:05

Baş redaktor Zərdabi Abbasov aparıcı Xoşqədəm Hidayətqızını hədələdi. 

News365.az xəbər verir ki, O, Xoşqədəmin reklam etdiyi həkimlərin əksəriyyətinin fəaliyyətlərinə qadağa qoyulduğunu da bildirib

"Timsah göz yaşları...

Adəm Məmmədovun həbsilə əlaqədar ilk gözyaşları Xoşqədəm Hidayyətqızından gəldi.

Belə ki, martın 5 də Adəm həbs olunan gün Səni Axtarıram verlişinin studiyasında Xoşqədəm göz yaşlarına hakim ola bilməyib. Deyib ki, Adəmi xilas edə bilmədim.

Xoşqədəm xanıma müraciət edirəm! Hörmətli Xoşqədəm xanım! Sənin reklam elədiyin həkimlərin əksəriyyətinin fəaliyyətlərinə qadağa qoyulduğunu bilirsən. Hamısı saxta çıxdı. Adəm Məmmədovu mən sənin verlişindən tanımışam, inanmışam.

Nəticədə onun qurbanına çevrilmişəm. Onlarla, yüzlərlə adamlar mənim düşdüyüm durumdadırlar. Bütün bunlar sənin reklam elədiyin saxtalıqların nəticəsidir.

Neçə-neçə ailələr gözüyaşlı qalıblar. İndi də telefon zənglərin dayanmir, zəng vurmadığın adam qalmayıb. Adəmi azad eləmək üçün cabalar göstərirsən.   

Xahiş edirəm bir az "dozanı az elə". Vicdanının (əgər varsa) səsini dinlə. Onsuz da bildiyim qədər sözün yerə düşür, bir iş görə bilmirsən. Otur oturduğun yerdə. Elə eləmə ki, açım sandığı, töküm pambığı..."


Sizin reklam burada
Sizin reklam burada