Yük maşınını oğurlayıb onlarla avtomobili əzdi - VİDEO

Yük maşınını oğurlayıb onlarla avtomobili əzdi - VİDEO
29 Mar 2025 13:42

ABŞ-də bir kişi yük maşını oğurlayaraq polisdən qaçmaq istəyərkən avtomobili bir neçə maşına çırpıb. Təqibin videosunu CBS telekanalı yayıb.


Gündəmə çevrilən insidentlə bağlı danışan müxbirlərin məlumatına görə, hadisə Los-Anceles dairəsinin cənubundakı Lonq-Biç şəhərində baş verib. Oğurlanmış yük maşını təqib zamanı 13 avtomobillə toqquşub.


"Polisdən qaçarkən yük maşını bəzi yerlərdə 160 km/saata qədər sürətlənib. Sürücü sonda boya mağazasının girişində pilləkənlərə çırpılaran maşından düşüb və qaçmağa çalışıb. Bir neçə dəqiqədən sonra polis cinayətkarı saxlayıb",- nəşr yazıb.

Yerli televiziya kanalı KTLA hadisəni son zamanların ən təhlükəli və dağıdıcı polis təqiblərindən biri adlandırıb. Maşınlardan başqa, cinayətkarın özü də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada