Ukrayna Rusiyadan gözlənilən mümkün yeni genişmiqyaslı hücuma hazırlaşır. Onun məqsədi atəşkəs danışıqlarında Kremlin mövqeyini daha da gücləndirməkdir. Bu fikirlər "Associated Press"də dərc olunan məqalədəndir.
Aktiv döyüşlərin yaz dövrü yaxınlaşdıqca, analitiklər və hərbi komandirlər 1000 kilometrlik cəbhə xətti boyunca genişmiqyaslı hücumun mümkünlüyünə işarə edirlər.
Müəllif Putinin mövqelərini gücləndirdiyini iddia edib. Ukrayna prezidenti Vladimir Zelenski də kəşfiyyat məlumatlarına əsaslanaraq, Ukraynanın şimal-şərqində, o cümlədən Sumi, Xarkov və Zaporojya vilayətlərində yeni hücumlara hazırlıq barədə məlumat verib.
Zelenski Parisə səfəri zamanı bunlarıdeyib: “Onlar danışıqları uzadır və ABŞ-ni saxta “şərtlər” haqqında sonsuz və mənasız müzakirələrə sürükləməyə çalışırlar ki, sadəcə vaxt udsunlar. Bütün bunlar sonradan daha çox torpaq ələ keçirmək üçündür. Putin daha güclü mövqedən ərazilərlə bağlı danışıqlar aparmaq istəyir”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural