Xəbər
verdiyimiz kim Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt
Strategiyası təsdiqlənib.
Bununla
bağlı News365.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki,
hər bir strategiyanın (eləcə də dövlət proqramların) əsas hissəsini tədbirlər
planı təşkil edir:
“Bu planda tədbirlərin
daha hədəfyönümlü olduğu üçün tədbir sayı 14-ə bərabərdir. Dövlət qurumları
arasında daha çox əsas icraçı funksiya RİİN-a aiddir. Digər əsas icraşılar isə
NK, İN və ETN-dir. Digər icraçı qurumların sayı isə 5-dir.
Hesab edirəm
ki, “digər icraçı” kimi daha bir neçə qurumu əlavə etmək olardı. Məsələn,
8.4.2-ci tədbirdə İKZF-ni əlavə etmək effektivliyi daha da artırmış olardı. Belə
ki, 8.4.2-ci tədbir ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı
sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək
mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsinə aiddir. Hazırda bu fonda
sahibkarlığa yönəlik zəmanət mexanizmləri də mövcuddur. Bu strategiya çərçivəsində
yeni zəmanət mexanizminin gercəkləşməsində İKZF önəmli rol oynaya bilər.
Ümumilikdə
isə bu strategiya sahibkarlar üçün dövlətin sektoral dəstəyi, sahibkarlara yeni
biznes imkanları yarada bilər. Ölkə iqtisadiyyat üçün sektorların prioritetləşdirilməsi
iqtisadi inkişafı sürətləndirə bilər. Qeyri-iqtisadi sahələr üçün isə effektiv
idarəetməyə xidmət etmiş olar.
Həmçinin
beynəlxalq aləmdə ölkənin nüfuzunu gücləndirilməsinə, məlumat təhlükəsizliyinin
təminatına, sözügedən istiqamət üzrə kadr potensialının formalaşmasına və digər
istiqamətlərə öz müsbət töhfəsini verə biləcəyini düşünürəm”.
News365.az