"Məcnunu da canlı ifadə etmək lazımdır. "
News365.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" verlişində deyib.
"Mən belə düşünürəm və düzgün düşünürəm. Leylini isə gənc qızlar oynamalıdır – əgər sənəti varsa. Artıq müəyyən yaş dövründə Leylinin anası, Məcnunun anası, yəni hər aktyor və aktrisanın yaşına uyğun rolu olmalıdır.
Bundan əlavə, obrazın xarakteri, siması, bədən ölçüləri də uyğun gəlməlidir. 55 yaşlı qadının 16-17 yaşlı Leylini oynaması nə etsən də inandırıcı görünməyəcək."