Zəlzələdən sonra küçədə körpə dünyaya gətirdi - VİDEO

Zəlzələdən sonra küçədə körpə dünyaya gətirdi - VİDEO
29 Mar 2025 11:08

Xəbər verdiyimiz kimi, ötən gün Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib.

News365.az-ın BBC-yə istinadən məlumatına görə, Taylandın Banqkok şəhərində zəlzələdən sonra xəstəxanalar evakuasiya edilib.

Lakin qısa müddət keçdikdən sonra bir qadın küçədə doğuş edib. Xəstəxana işçilərinin yardımı ilə onun oğlu dünyaya gəlib.

Körpənin dünyaya gəlmə videosu sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.

Sözügedən görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada