Ermənistanda baş nazir Nikol Paşinyana qarşı yeni narazılıq dalğası başlayıb.
"Hraparak" qəzeti yazır ki, radikal müxalifətin liderləri bu istiqamətdə daha çox fəallıq göstərirlər.
Qəzet yazıb: “Bir qrup ictimai-siyasi xadim Nikol Paşinyana etimadsızlıq məsələsi ilə bağlı prosedurların həyata keçirilməsi məsələsini müzakirə edir. Son günlər bu məsələ ilə bağlı müxtəlif formatlarda müzakirələr aparılır. Ölkənin ikinci və üçüncü prezidenti olmuş şəxslər, keşiş Baqrat və başqaları ilə görüşən, impiçment məsələsini ayrı-ayrılıqda müzakirə edən, onların fikirlərini dinləyən Edqar Kazaryan bəzi qüvvələr arasında elçi rolunu oynayır. Kazaryan dünənki görüşlərin təfərrüatlarını açıqlamaq istəməyib. O, keçmiş prezidentlərdən və arxiyepiskopdan müzakirənin təfərrüatlarını, məzmununu dərc etməyə razılıq almadığını, lakin görüşlərin yaxın vaxtlarda davam etdiriləcəyini bildirib".
Müəllif qeyd edb ki, revanşist qüvvələr müxalifət üzvlərinin hər birinin etimadsızlıq proseduru ilə bağlı nələrin düşündüyünü və onların bu addımı atmağa hazır olduqlarını və ya Kazaryanın da dediyi kimi, Nikol Paşinyana dəstək olub-olmayacaqlarını canlı efirdə deputatların fikrini öyrənmək qərarına gəliblər.
Tural