Putini tənqid edən yazıçının təqdimatı ləğv edildi

Putini tənqid edən yazıçının təqdimatı ləğv edildi
29 Mar 2025 12:45

Sankt-Peterburqda rusların məşhur yazıçılarından olan Maksim Kantorun “Storoj brata” romanının təqdimat mərasimi ləğv edilib. Bu barədə “Abzas” nəşri məlumat yayıb.


Tədbir martın 29-da saat 19:30-da baş tutmalı imiş. Hər şey əvvəlcədən problemsiz şəkildə planlaşdırılıb. Amma təqdimatın ləğv edilməsinin rəsmi səbəbi bilinmir. 


"Lakin hər kəsə məlumdur ki, mart ayında “Zov naroda” ictimai hərəkatı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə məktub yazıb. Onlar Kantorun Rusiyaya qayıtmasından narahat olduqlarını bildirmişdilər", - məlumatda qeyd edilib.

Fəallar Bastrikindən Kantoru və onun ifadələrini terrorizmə, ekstremist fəaliyyətə çağırışlara ictimai bəraət qazandırmasını yoxlamağı, həmçinin yazıçının maliyyə mənbəyini müəyyənləşdirməyi xahiş ediblər. "Əgər onun xarici təşkilatlarla əlaqələri təsdiqlənərsə, Kantor xarici agent kimi tanınmalı və onun Rusiyadakı bütün sonrakı fəaliyyəti ciddi nəzarətə götürülməlidir", - "Zov naroda" hərəkatının idarə heyətinin üzvü Ruslan Şalamov bildirib.

Kantor Putini tənqid etməsi ilə də tanınır. 2022-ci ildə yazıçı Lüksemburqda “Avropanın zorlanması” adlı sərgi təşkil edib və burada Rusiya prezidenti Vladimir Putini tənqid edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada