ABŞ müdafiə naziri Pit Heqset həyat yoldaşı Cennifer Heqseti Pentaqonda xarici həmkarları ilə görüşlərə gətirib. Həmin görüşdə məxfi məsələlərin müzakirəsi aparılıb. Bu barədə The Wall Street Journal (WSJ) yazıb.
"Hərbi zərbə məsələlərini idarə etdiyinə görə ciddi nəzarət altında olan müdafiə naziri Fox News-un keçmiş prodüseri olan həyat yoldaşını həssas məlumatların müzakirə edildiyi xarici hərbi həmkarları ilə iki görüşə gətirib", - müəllif yazıb.
WSJ-nin məlumatına görə, belə görüşlərdən biri ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə qoşun verməkdən imtina etməsi zamanı baş tutub.
Görüş məxfi olub. Yığıncağın hər bir iştirakçısı xüsusi icazəyə malik imiş.
Tural