Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını HƏDƏLƏDİ

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını HƏDƏLƏDİ
29 Mar 2025 12:30

Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb. 

Bu barədə News365.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada