Türkiyənin tənzimləyici orqanı Rusiyanın məşhur Rutube video hostinqinin Türkiyədə bloklandığını açıqlayıb. Bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilib ki, Rutube saytı Türkiyədə artıq açılmır: "Sayta giriş müxtəlif mobil operatorlar və İnternet provayderləri tərəfindən bloklanır".
Saytı açmaq istəyərkən “rutube.ru saytına giriş Türkiyə tənimləyici orqanının 25 fevral 2025-ci il tarixli qərarı ilə bağlanıb” mesajı görünür. Ekranda internet saytı əvəzinə Türkiyənin cinayət məcəlləsindən çıxarışlar görünür və “qanunsuz qumar oyunları terroru maliyyələşdirmək üçün istifadə edilə bilər” xəbərdarlığı edilir.
Tural