Ermənistanın əl yandıran yanacaq qiymətləri

Ermənistanın əl yandıran yanacaq qiymətləri
29 Mar 2025 10:52

Ermənistanda ictimai-siyasi böhranla yanaşı iqtisadi krizis də yaşanır. “Joğovurd” qəzetinin yaydığı məlumata görə, yanacağın qiymətinin qalxması daha çox iqtisadi problemlər yaradır. Nəşr yazıb: “2025-ci ilin yanvar-fevral aylarında yanacaq sektorunda qiymətlər baxımından qeyri-sabit olub. İndi isə eyni dövrdə qeyri-ərzaq seqmentində qeydə alınan inflyasiya səviyyəsinə baxaq. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin fevralında 2024-cü ilin fevral ayı ilə müqayisədə qeyri-ərzaq bazarında qiymətlərin səviyyəsi 0,3% azalıb. 2025-ci ildə ötən ilin yanvarı ilə müqayisədə isə inflyasiya 0,8% təşkil edib.

2025-ci ilin fevralında respublikanın 10 yaşayış məntəqəsində qeyri-ərzaq məhsullarının qiymətləri yanvar ayı ilə müqayisədə 0,2-1,2 faiz bahalaşıb. Paytaxtda qeyri-ərzaq mallarının qiymətləri 1,0% bahalaşıb".

Müəllif xatırladıb ki, qeyri-ərzaq məhsullarına yanacaq növləri də daxildir.

"Belə ki, 2025-ci ilin fevral ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə respublikada benzinin qiymətində 0,6 faiz artım, dizel yanacağının qiymətində isə 5,0 faiz ucuzlaşma qeydə alınıb və 2024-cü ildə dekabr ayı ilə müqayisədə inflyasiya müvafiq olaraq 0,4 faiz və 0,9 faiz təşkil edib".

Tural


Sizin reklam burada
Sizin reklam burada