Qadının başqası ilə eşq yaşadığından şübhələnən kişi ÖZÜNÜ ÖLDÜRDÜ

Qadının başqası ilə eşq yaşadığından şübhələnən kişi ÖZÜNÜ ÖLDÜRDÜ
01 İyl 2024 00:27

Gəncədə qadını bıçaqlayaraq öldürən, daha sonra başqa kişiyə və özünə xəsarət yetirən Mahir Quliyev intihar edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Mahir Quliyev özünü iyun ayının 30-da müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.

Xatırladaq ki, Qətli törədən 65 yaşlı Mahir Quliyev qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.

Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.

Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Oxu.az)


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər