İyunda zəhərlənənlərin sayı AÇIQLANDI

İyunda zəhərlənənlərin sayı  AÇIQLANDI
02 İyl 2024 12:15

Cari ilin iyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 91 nəfər qəbul edilib.

Bu barədə News365.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Belə ki, müraciət edənlərdən 26-sı dərmandan, 18-i sirkə turşusundan, 5-i kimyəvi maddələrdən, 4-ü spirtli içkidən, 4-ü fosfor üzvi birləşmələrdən, 3-ü etanoldan, 1-i siçan dərmanından zəhərlənən şəxslərdir. Həmçinin ay ərzində 25 nəfər ilan sancması, 2 nəfər allergik reaksiya, 1 nəfər həşərat sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) həyatını itirib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər