Bakıda baş verən zəncirvari qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda baş verən zəncirvari qəza ilə bağlı  RƏSMİ AÇIQLAMA
02 İyl 2024 13:36

Ötən gün Bakıda aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib.

Verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 01.07.2024-cü il saat 23:26-da Aeroport yolunda, "Neftçi" futbol klubunun bazası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı çağırış daxil olub:

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 34 yaşlı şəxs (kişi cinsli) sağ dirsəyin əzilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".

Xatırladaq ki, ötən gün aeroport yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə altı avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər