Hərbi təyyarə qəzaya uğradı - ölən var - YENİLƏNİB

Hərbi təyyarə qəzaya uğradı - ölən var -  YENİLƏNİB
02 İyl 2024 15:14

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

News365.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

***

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə “İnfo Rustavi” portalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, helikopter Bolnisi bələdiyyəsi ərazisində qəzaya uğrayıb.

"Biz Daxili İşlər Nazirliyi ilə insidentin təfərrüatlarını aydınlaşdırmağa çalışırıq", - "İnfo Rustavi" bildirib.

Yerli KİV nümayəndələri helikopterin qəzaya uğradığı yerə gediblər.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər