Putinin Türkmənistan səfərinə az qaldı

Putinin Türkmənistan səfərinə az qaldı
13:00

Rusiya prezidenti Vladimir Putin bu gün Türkmənistana iki günlük səfər edəcək. 

News365.az xəbər verir ki, Rusiya prezidentini Türkmənistan prezidenti Serdar Berdımukqamedov dəvət edib.

Rusiya lideri paytaxt Aşqabadda keçiriləcək  tədbirlərdə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Məlumata görə, Putin "Beynəlxalq sülh və etimad ili", Beynəlxalq Neytrallıq Günü və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edəcək, onun xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər də gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada