Paşinyanın təyyarəsinəı təhlükə yarand

Paşinyanın təyyarəsinəı təhlükə yarand
11:44

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi hava məkanının bağlı olması səbəbindən Moskvaya enə bilməyib və alternativ aerodroma yönləndirilib.

News365.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Paşinyanın təyyarəsi daha sonra Pulkovo hava limanına (Sankt-Peterburq) enib.

Qeyd edək ki, Ermənistanın baş naziri Almaniyaya səfərindən sonra Moskvaya uçub. O, Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırır.

Xatırladaq ki, ötən gecə Rusiyanın paytaxtı dron hücumuna məruz qalıb. Moskva hava limanlarında 170-dən çox uçuş təxirə salınıb. Moskva meri Sergey Sobyanin bildirib ki, dekabrın 11-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan 30-dan çox pilotsuz uçuş aparatını vurub.


Sizin reklam burada
Sizin reklam burada