“Şərurlu İsfəndiyar” işində gərginlik: Mehdiyevlə bağlı mübahisə kəskinləşdi

“Şərurlu İsfəndiyar” işində gərginlik: Mehdiyevlə bağlı mübahisə kəskinləşdi
14:57

Binəqədi Rayon Məhkəməsində “Şərur MTK”nın sahibi, iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ilə “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov arasında gedən xüsusi ittiham işi üzrə növbəti proses keçirilib.

News365.az xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə ayladır gözlənilən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyevanın ekspert rəyi elan edilib. Rəydə bildirib ki, İsfəndiyar Axundovun həmin videoda səsləndirdiyi ifadələr təhqir yox, tənqid xarakteri daşıyır: “Videodakı sözlər kəskin neqativ qiymətləndirilə bilər, lakin onlar ümumişlək ifadələrdir və təhqir tərkibi yaratmır”.

Bu rəy ittiham tərəfin mövqeyinə ciddi zərbə kimi qiymətləndirilib. Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov ekspert rəyinə kəskin etiraz edib. O, həm əvvəlki iclasda səsləndirilən rəy, həm də yeni yazılı rəy arasında ziddiyyətlər olduğunu deyib. Üstəlik, Dilçilik İnstitutunun 2021-ci ildən yeni rəhbərlikdə olmasını qabardaraq AMEA rəhbərliyi - institut direktoru - təqsirləndirilən şəxsi əhatə edən “Bermud üçbucağı” kimi diqqətçəkən iddia irəli sürüb: “Hesab edirəm ki, ekspert rəyi qərəzlidir. Etirazımızı yazılı şəkildə təqdim etmək üçün məhkəmədən vaxt istəyirəm”.

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli xüsusi ittihamçı tərəfin vaxt tələbinə etiraz edib: “Bu, sadəcə məhkəməni uzatmaq üçün atılmış addımdır”. Lakin hakim etiraz hüququnun təmin edilməli olduğunu bildirərək iddiaçı tərəfə əlavə vaxt verib. Maraqlıdır ki, vəkilin toxunduğu “dövr” ifadəsi təsadüfi deyil. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. Bu faktın prosesdə xatırladılması işin ətrafında əlavə siyasi-ictimai çalarlar yaradır. Xatırladaq ki, Emil Səməndərov Şərurlu İsfəndiyarı yekun məhkəmə qərarı olmadan onu “dələduz” adlandırmaqda ittiham edir. Bu səbəbdən Cinayət Məcəlləsinin 147.2-ci- böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmə, 148-ci təhqir maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verib. Emil Səməndərov İsfəndiyar Axundovun həmin maddələr üzrə azadlıqdan məhrum edilməsini tələb edir. Məhkəmə prosesi 15 dekabr tarixində davam etdiriləcək.


Sizin reklam burada
Sizin reklam burada