ABŞ Prezidenti Donald Tramp ən azı 1 milyon dollar ödəyə bilən zəngin xarici vətəndaşlara sürətləndirilmiş ABŞ vizası ilə vətəndaşlıq yolu açan bir proqramın başlandığını açıqlayıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, proqram varlılar üçün yeni bir viza seçimi təqdim edir. Əlavə olaraq sosial media tarixçəsi nəzərdən keçirilən yeni bir turist vizası təklifi də hazırda müzakirə edilir.
Çərşənbə günü sosial media üzərindən proqramı elan edən Tramp "Bu kart araşdırılmış keçmişi olan uyğun şəxslərə birbaşa vətəndaşlıq yolunu açacaq" - yazıb.
"Ən yaxşı amerikalı şirkətlərimiz, nəhayət ki, dəyərli istedadlarını əllərində saxlaya biləcəklər" - ifadələrini də işlədib.