İrəvandan Rusiyaya uçuşlar dayandırıldı

İrəvandan Rusiyaya uçuşlar dayandırıldı
13:13

Rusiya paytaxtındakı bir neçə hava limanının müvəqqəti bağlanması səbəbindən “Aeroflot” aviaşirkətinin Moskva-İrəvan reysi ləğv edilib.

News365.az xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” hava limanı məlumat yayıb.

Uçuş cədvəlinə əsasən, təyyarə Rusiya paytaxtından dekabrın 11-də İrəvan vaxtı ilə təxminən saat 10:00-da yola düşməli idi.

“Rosaviasiya”nın məlumatına görə isə “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Təhlükəsizlik tədbirlərinin PUA-ların hücum təhlükəsi ilə əlaqədar olduğu bildirilir.

Yekaterinburq-İrəvan reysi də təhlükəsizlik səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvanın hava limanlarının bağlı olması səbəbindən eniş edə bilməyib./Axar.az


Sizin reklam burada
Sizin reklam burada