“ABŞ elə bir
maraqlı sistemə malikdir ki, dünyada nə baş versə - sonda həmişə Amerika karlı
çıxır. Məsələn, dollar indeksi yüksəlir – bu bir çox maliyyə alətləri üzrə
qazanc gətirir, dollar indeksi azalır – ixracını artıraraq yenə karlı çıxır. Neft
qiymətləri azalır – ABŞ-da yanacaq qiymətləri kəskin düşür, inflyasiya azalır,
iqtisadi canlanma yüksəlir”.
News365.az xəbər verir
ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.
O. əlavə
edib ki, neft qiymətləri artır – ABŞ neft istehsalçıları qazanır, Amerika neft
ixracını artırır, yenə karlı çıxır:
“Məsələn,
Hörmüz böhranı davam etdiyi bu günlərdə ABŞ dünyaya neft satışını kəskin
artırıb - ötən həftə ABŞ-ın neft ixracı gündəlik 5,2 milyon barelə çataraq
rekord yeniləyib.
Bu ayın əvvəlində
ABŞ-a neft yükləmək üçün 65-dən çox boş supertanker (2 mln. və daha artıq barel
neft daşıya bilən) gəlib. Bu, İranla müharibə başlamazdan əvvəlki səviyyədən
demək olar üç dəfə çoxdur. Ötən il orta gündəlik göstərici 28 gəmi idi. Apreldə
Avropa aviasiya yanacağının üçdə birindən çoxunu ABŞ neft emalı zavodlarından
alacaq. Bu isə yanvar ayı ilə müqayisədə iki dəfə artıqdır.
Əgər neftin
qiyməti bir barel üçün il ərzində ortalama 100 dollar səviyyəsində qalsa,
Amerika neft şirkətləri bu il əlavə (bir daha - əlavə, nəzərdə tutulandan,
planlaşdırdığından əlavə) 63 milyard dollar pul qazanacaq.
Amerika
Avropa bazarının bir hissəsini artıq ələ keçirə bilib. Əgər 10 il əvvəl Avropa
ABŞ-dan nə neft, nə də qaz idxal edirdisə, indi oradan neftinin təxminən 15%-ni
və mayeləşdirilmiş təbii qazının isə 52%-i alır. Yəni, Avropa enerji məsələsində
əvvəl Rusiyadan asılı idisə, indi ABŞ-dan asılı vəziyyətə düşüb.
Yəni, İranın
atdığı hər addım sonda elə ABŞ-ın maraqlarına xidmət edir, müharibənin uzanması
və gərginliyin artmasından uduşlu çıxan yenə ABŞ olur.
Zalım
uşaqları sistemin təməlini düzgün qurublar, ona görə də, prezident ağıllı da
olsa, səy-səy danışan da olsa, sistemin çarxları ABŞ maraqlarına xidmət edərək
dönür, hə, başqa ölkələrin maraqlarını tapdalayırlar, amma, ABŞ-dan başqalarının
maraqlarını qorumasını gözləmək zatən, yumşaq desəm, axmaqlıqdır...”
News365.az