İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO
09:32

ABŞ qüvvələri İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirir.

Bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.

Qurumun açıqlamasına görə, zərbələr İranın “əsassız və davamlı təcavüzkar hərəkətlərinə” cavab olaraq endirilir.

İran mediasının məlumatına görə, ölkənin cənubundakı Bəndər Abbas, Sirik və Minab şəhərlərində partlayış səsləri eşidilib.

Qeyd edək ki, bu hücumlar ABŞ ordusuna məxsus helikopterin Hörmüz boğazı yaxınlığında qəzaya uğramasından bir gün sonra baş verib. ABŞ Prezidenti Donald Tramp hadisəyə görə İranı məsul tutmuş və Vaşinqtonun cavab tədbirləri görəcəyini bildirmişdi. ABŞ tərəfi son zərbələri də həmin hadisə və İranın son fəaliyyətləri ilə əlaqələndirir.


Sizin reklam burada
Sizin reklam burada