Ağ tost çörəyi təhlükə yaradır - Mütəxəssislər xəbərdarlıq edir...

Ağ tost çörəyi təhlükə yaradır - Mütəxəssislər xəbərdarlıq edir...
15:27

Gündəlik qidalanmada geniş istifadə olunan ağ tost çörəyi ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər. Araşdırmalara görə, yüksək emal olunmuş undan hazırlanan bu məhsulun müntəzəm istehlakı bir sıra sağlamlıq problemlərinin yaranma riskini artıra bilər.

News365.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ağ tost çörəyinin istehsalında istifadə olunan rafinə edilmiş un emal zamanı taxılın faydalı hissələrini itirir. Nəticədə məhsul daha uzun müddət saxlanılsa da, tərkibindəki lif, vitamin və mineralların miqdarı əhəmiyyətli dərəcədə azalır.

Qidalanma üzrə ekspertlərin fikrincə, bu cür məhsullar tez həzm olunan karbohidrat mənbəyi olduğundan orqanizmdə qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Uzun müddət və həddindən artıq istifadə isə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər metabolik problemlərlə əlaqələndirilir.

Mütəxəssislər tost çörəyinin qızardılma üsuluna da diqqət çəkirlər. Bildirilir ki, çörəyin həddindən artıq qızardılması və ya yanmış vəziyyətdə istehlakı zamanı sağlamlıq üçün arzuolunmaz kimyəvi birləşmələr yarana bilər.

Bununla belə, ekspertlər ağ çörəyin tamamilə qida rasionundan çıxarılmasının vacib olmadığını vurğulayırlar. Onların fikrincə, əsas məsələ balanslı qidalanmaq və tam taxıllı məhsullara daha çox üstünlük verməkdir.

Qidalanma mütəxəssisləri gündəlik rasionda liflə zəngin çörək növlərinin seçilməsini, ağ tost çörəyinin isə ölçülü şəkildə istehlak olunmasını tövsiyə edirlər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada