Əməkdar artist son illər fəaliyyətində bəzi dəyişikliklər etdiyini və əvvəllər iştirak etmədiyi məclislərə artıq müəyyən şərtlərlə qatıldığını bildirib.
News365.az xəbər verir ki, Xanəndənin sözlərinə görə, kişi məclislərinə dəvət alsa da, hər təklifi qəbul etmir və seçim edərək qərar verir. O qeyd edib ki, belə tədbirlərdə iştirak etməsi üçün özünəməxsus tələbləri mövcuddur.
Sənətçi həmin şərtlərin nədən ibarət olduğunu açıqlamaq istəmədiyini, bu məsələləri məclis sahibləri ilə əvvəlcədən müzakirə etdiyini vurğulayıb.
Nigar Şabanova bildirib ki, yalnız qarşılıqlı razılıq əldə olunduqdan sonra bu cür tədbirlərdə iştirak etməyə razılıq verir.
Xanəndənin açıqlaması sosial media istifadəçilərinin də diqqətini çəkib. Onun səsləndirdiyi fikirlər qısa müddətdə müzakirə mövzusuna çevrilib və müxtəlif reaksiyalarla qarşılanıb.
News365.az