“Dünyada, elə
bizdə də bəziləri neft qiymətlərinin artmasına sevinir, bəziləri, əksinə, bu xəbərlərdən
narahat olur – amma, iqtisadiyyat, o cümlədən neft qiymətlərin sevinc-kədər
kimi emosiyalarla formalaşmır, fundamental səbəblər, trendlər, orta-uzun müddətə
olan proqnozlarla izah olunur”.
Bunu İranda baş verənləri iqtisadi baxımdan News365.az-a şərh eliyən
iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib
ki, dünyada neft bolluğu var, dünən OPEC+ aprel ayından yenə hasilatı
artırmaqla bağlı qərar verdi, yəni, fundamental səbəblər qiymətin enəcəyi
yönündədədir:
“Təbii ki,
geosiyasi gərginliklər, neft hasilatı və daşınması ilə bağlı bölgədə hərbi əməliyyatlar
psixoloji olaraq qiymətləri artırır. Amma, səhər saatlarında 80 dolları keçən
qiymət, indi 78 dollara geri döndü – bazar, birja qısa müddətli emosional
davransa da, qalıcı trendləri formalaşdırmaq üçün təməl məsələlərə önəm verir.
İranla
anlaşma olacaq, İran da, Venesuela kimi neft bazarına geri dönəcək, ona görə də,
emosialar yatanda, anlaşmalar baş verəndə qiymətlərdə enmə müşahidə olunacaq.
Bu ilin yayına qiymətlər, çox güman, 55-60 dollar koridoruna yerləşəcək...”
News365.az