Dövlət Büdcəsini dağıdanlar niyə məsuliyyətə cəlb edilmir?

Dövlət Büdcəsini dağıdanlar niyə məsuliyyətə cəlb edilmir?
09:34
Xəbər verdiyimiz kimi Hesablama Palatası 2025-ci ilin Büdcəsi üzrə xərclərin hesabatını hazırlayıb. Və bəlli olub ki, hər il olduğu kimi ötən il də xeyli büdcə vəsaiti təyinatdankənar xərclənib.
Mövzu ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, Hesablama Palatası "Dövlət auditi" bülleteni açıqlayıb – açığı, çox keyfiyyətli sənəd hazırlayıblar:
"Rəsmi sənəddə Gəncə İcra Hakimiyyəti, Naxçıvan MSK-dan tutmuş müxtəlif nazirliklər və dövlət idarələrinin büdcə xərcləmələrində pozuntularla bağlı adları keçir. Bir tək avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) 176 milyon artıq vəsait xərclənib.
Bu azmış kimi, bu gün Maliyyə nazirliyi də açıqlama verib ki, 2025-ci il və 2026-cı ilin ilk rübündə 157 nəzarət obyektində aparılan yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlanıb.
Vətəndaş olaraq təşəkkür edirəm ki, bizə büdcə yeyintiləri ilə bağlı məlumat verirsiniz, sağ olun, var olun, bülbül olun - qəfəsdə olmayın, amma, pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?! Hesablama Palatası illərdir pozuntular aşkarlayır, hesabat yayır – yaxşı, məsələn, son 5 ildə Palatanın hesabatı əsasında, sübut olunmuş yeyinti faktlarına görə neçə məmur həbs edilib, işdən çıxarılıb, neçə cinayət işi açılıb?! Bu sulların cavabı varmı?!"
News365.az

Sizin reklam burada
Sizin reklam burada